Kollektivimiz "Gənclər bağı"nda aksiya keçirib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollektivi “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində “Gənclər bağı”nda ekoloji aksiya keçirib. Nazirliyin əməkdaşları tərəfindən ərazidəki ağaclara aqrotexniki qulluq göstərilib, təmizlik işləri görülüb, eləcə də gül tingləri əkilib.
Qeyd edək ki, bu meyvə bağı 2018-ci ildə Naxçıvan şəhərinin “Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar salınıb.